Xəzər Xəbər

Moldova və Rumıniya birgə yeni qaz kəmərinin tikintisinə başlayıb

Dünya | 13:12 • 16 Yanvar 2019
Moldova və Rumıniya birgə yeni qaz kəmərinin tikintisinə başlayıb

Moldova və Rumıniyanın qaz ötürücü sistemlərini birləşdirəcək yeni qaz kəmərinin tikintisinə başlanılıb.


Moldovanın infrastruktur və iqtisadiyyat naziri Kiril Qaburiç mətbuata açıqlamasında "Ungeni-Kişineu” qaz kəmərinin Rumıniyanın "Transqaz” şirkəti tərəfindən inşa edildiyini bildirib. Onun sözlərinə görə, yeni qaz kəməri Moldovanın milli maraqlarına cavab verir və ölkənin iqtisadiyyatının inkişafına təsir edəcək. Eyni zamanda, Moldovaya təbii qazın verilməsində alternativ mənbənin yaradılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir. Nazir qeyd edib ki, yeni qaz kəməri vasitəsilə təbii qaz daha ucuz qiymətə təklif olunacaq.


Çəkilişinin 120 milyon avroya başa gələcəyi və 2020-ci ilin əvvəlinə yekunlaşacağı nəzərdə tutulan qaz xəttinin gücü illik 1,5 milyard kubmetr olacaq. (AZƏRTAC)

Xəbər lenti