Xəzər Xəbər

Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

Dünya | 11:51 • 16 Yanvar 2019
Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

Türkiyədə davam edən qeyri-sabit hava şəraiti ölkənin müxtəlif bölgələrində bir sıra fəsadlar törədib.


Xezerxeber.az xəbər verir ki, gecə saatlarında güclü qarın yağması səbəbindən sürücülər yolda qalıblar. Küləyin sürəti saatda 80 kilometrə çatıb. Qars bölgəsində temperatur mənfi 35-40 dərəcəyədək enib. Antalyada güclü külək nəticəsində Falezlər və Konyaaltı çimərliyi adlanan ərazidə dalğaların hündürlüyü 3 metrədək yüksəlib. Kaleiçi limanında isə balıqçı gəmisi batıb.


Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xəbər lenti