Xəzər Xəbər

İŞİD-in məhv etdiyi qədim məscid bərpa olunur

Dünya | 18:25 • 17 Dekabr 2018
İŞİD-in məhv etdiyi qədim məscid bərpa olunur

İraqın Mosul şəhərində İŞİD-in dağıtdığı qədim "Ən-Nuri” məscidinin bərpası üzrə işlərə başlanılıb.

Bu haqda "The National” nəşri məlumat yayıb.

12-ci əsrdə inşa olunmuş və "donqar minarəsi” ilə seçilən məscidin rekonstruksiyasını Birləşmiş Ərəb Əmirliyi hökuməti YUNESKO-nun xətti ilə maliyyələşdirib. Bərpa işlərinə nə az, nə çox 50 milyon dollara yaxın vəsait ayrılıb.

Məscid Mosulun simvollarından sayılır. İŞİD terrorçu qruplaşmasının keçmiş lideri Əbu Bəkr Əl Bağdadi 2014-cü ildə məhz həmin məsciddə özünü "xəlifə” elan etmişdi. Məsciddən qruplaşma üzvləri istinadgah olaraq istifadə edib və rəsmi versiyaya görə İraq qoşunları şəhər daxil olan zaman minalanaraq partladılıb.(oxu.az)

Xəbər lenti