Xəzər Xəbər

Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise" teatrına girməyə çalışıb

Dünya | 10:05 • 17 Dekabr 2018
Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise" teatrına girməyə çalışıb

Fransanın paytaxtı Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise" teatrına girməyə çalışıb.

Miqrantlar teatrın rəhbərindən onları ölkənin daxili işlər naziri Kristofer Kastaner ilə görüştürmələrini təşkil etməsini istəmək üçün teatra daxil olmağa çalışıblar.

Bildirilir ki, insident yerli vaxtla saat 21:00-da baş verib.

Miqrantların ilk cəhdinin qarşısını teatrın mühafizəçiləri alıb. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Xəbər lenti