Xəzər Xəbər

Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq

Dünya | 09:34 • 17 Dekabr 2018
Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq

Əbu-Dabı əmirliyinin küçələrinin təhlükəsizliyini dəvələrin üstündə əyləşən polislər qoruyacaq.

Yerli "Gulf News” nəşri xəbər verir ki, Əbu-Dabinin polisi dəvələrin üstündə xüsusi patrulların yaranmasını elan edib. Dəvələrin üstündə əyləşən polislər həm səhralığı, həm də şəhərin təhlükəsizliyini təmin edəcək.

Qeyd olunur ki, belə patrulların yaradılmasının əsas məqsədi təhlükəsizliyin qorunması ilə yanaşı, əmirliyin qədim ənənələrini qoruyub saxlamaqdır. Bu xüsusi patrul cinayətlərin qarşısının alınması üçün yüksək standartlara uyğun təlim keçib.

Xəbər lenti