Xəzər Xəbər

Oqtay Əsədov Faiq Oqtayla görüşüb

Dünya | 08:29 • 17 Dekabr 2018
Oqtay Əsədov Faiq Oqtayla görüşüb

Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub.

Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib.

Xəbər lenti