Xəzər Xəbər

Yerin altında İTMİŞ DÜNYA tapıldı

Dünya | 14:35 • 12 Dekabr 2018
Yerin altında İTMİŞ DÜNYA tapıldı

"Deep Carbon Observatory"dən olan beynəlxalq mütəxəssislər qrupu yerin altında indiyə qədər məlum olmayan ekosistem tapıb. Bu ekosistemdə mikroorqanizmlərin kütləsi 15-23 milyard ton təşkil edir. Bu isə bütün dünyanın biokütləsindən 100 dəfə çoxdur.

Məlumatı "The Guardian" yayıb.

Məlumata görə, 5 km dərinlikdən torpaq və su nümunələri götürülüb. Məqsəd litosferdəki karbonun miqdarını müəyyən etmək olub.

Analiz nəticələri göstərib ki, yerin dərinliyində 121 dərəcədə temperaturda yaşaya bilən bakteriyalar var. Bəzi mikroorqanizmlər hətta 2,5 km dərinlikdə tapılıb. Burada mikroorqanizmlər Günəş şüasından yox, qeyri-üzvü maddələrdən qidalanır. Aparılan araşdırmanınnəticəsinə görə, yeraltı mikrob biosferinin kütləsi təqribən 2 milyard kubmetrdir.

Cebhe.info

Xəbər lenti