Xəzər Xəbər

Avropanı üsyan dalğası bürüyür : İndi də “Qırmızı Jiletlilər” ortaya çıxdı

Dünya | 14:31 • 12 Dekabr 2018
Avropanı üsyan dalğası bürüyür :

Fransada başlayan "Sarı Jiletlilər” aksiyalarından sonra Hollandiyada da "Qırmızı Jiletlilər” küçələrə çıxmağa hazırlaşır.

Avropa.info xəbər verir ki, "Qırmızı Jiletlilər” tərəfindən sosial mediadan edilən açıqlamada, bazar günü Utrex şəhərində hökumət əleyhinə aksiya keçiriləcəyi qeyd olunub.

Açıqlamada, Fransada başlayan "Sarı Jiletlilər” aksiyalarının Hollandiyada ifrat sağçılar tərəfindən ələ keçirildiyi, bu səbəblə "Qırmızı Jiletlilər” hərəkatının başladığı ifadə edilib.

"Qırmızı Jiletlilər” Hollandiya baş naziri Mark Ruttenin illərdir davam edən hakimiyyətinin artıq sona çatması və yerində ictimai bir Hollandiya inşa edilməsinə çağırışı ediblər.

Xəbər lenti