Xəzər Xəbər

Gürcüstanda təbii qazın daşınma qiyməti azaldılıb

Dünya | 19:47 • 10 Dekabr 2018
Gürcüstanda təbii qazın daşınma qiyməti azaldılıb

Gürcüstanın Elektrik Enerjisi və Su Təchizatı üzrə Milli Tənzimləmə Şurası təbii qazın daşınması ilə məşğul olan "Gürcüstan Qaz Nəqliyyatçısı” Şirkəti üçün daşınmanın qiymətinin aşağı salınması barədə qərar qəbul edib.

Şuranın nəzdindəki komissiyanın qərarına əsasən 2019-cu il yanvarın 1-dən ölkəyə gətirilən təbii qazın hər kubmetri üçün şirkət 1,870 tetri ödəyəcək (əlavə dəyər vergisi nəzərə alınmadan). Hazırda isə bu qiymət 1,884 tetridir.

Ekspertlərin fikrincə, daşınma qiymətinin azalması ölkədə istehlak olunan təbii qazın qiymətinə bu və ya digər şəkildə təsir göstərəcək.

Xəbər lenti

Çox oxunanlar