Xəzər Xəbər

Ermənistanda növbəti seçki saxtakarlığı: vətəndaşları buna məcbur edirlər

Dünya | 19:31 • 9 Dekabr 2018
Ermənistanda növbəti seçki saxtakarlığı: vətəndaşları buna məcbur edirlər

Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merlərinə və icma rəhbərlərinə vətəndaşları Nikol Paşinyanın "Mənim addımım” blokuna səs verməyə çağırmalarını tapşırıb.

Publika.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan” Partiyasınınn namizədi Naira Zöhrabyan "Facebook” hesabından canlı yayım zamanı deyib.

Zöhrabyan bildirib ki, əlində "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olunması barədə məlumat var. Məlumat dəqiqləşdirildikdən sonra dərhal hüquq-mühafizə orqanlarına xəbər veriləcək.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkiləri seçici passivliyi və kobud qanun pozuntuları ilə müşayiət olunur.

Xəbər lenti