Xəzər Xəbər

ABŞ-Kanada-Çin müharibəsi böyüyür: 180 min insan...

Dünya | 18:41 • 9 Dekabr 2018
ABŞ-Kanada-Çin müharibəsi böyüyür: 180 min insan...

"Huawei” texnologiya şirkətinin varisi Minq Vankounun ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyasını pozmasına görə Kanadada həbs edilməsi Çini qəzəbləndirib.

Çin Xarici İşlər Nazirliyi Kanadanın Pekindəki səfiri Con Makkaluma nota göndərib.

Nazirlik çinli biznesledinin azadlığa buraxılmasını istəyib. Əks təqdirdə ciddi addımlar atacağını deyib.Çin Kanadanın ABŞ-ın sifarişi ilə hərəkət etməsini məntiqsiz və qəbuledilməz adlandırıb.

Qeyd edək ki, "Huawei”nin sahibinin qızı və Maliyyə İşləri Müdiri Minq Vankou 1 dekabr tarixində Kanadada həbs edilib. Onun məhkəməsi sabah başa çatacaq. Dünyanın ən böyük telekom şirkətlərindən olan "Huawei”nin 170 ölkədə 180 mindən çox əməkdaşı var./publika.az

Xəbər lenti