Xəzər Xəbər

6 min ölü, 42 milyon köməksiz insan Dünyanın fəlakət hesabatı

Dünya | 11:38 • 14 Noyabr 2018
6 min ölü, 42 milyon köməksiz insan

2017-2018-ci illərdə Aralıq dənizi də daxil olmaqla, dünyanın ayrı-ayrı yerlərində 618 min insan köç vaxtı həyatlarını itirib və ya itkin düşüb.

Bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC), BMT-nin Kosmos Ofisi (UNOOSA) və Qlobal Vətəndaşlar üçün Pan Gi-Mun Mərkəzinin yayımladığı "2018: Fəlakət hesabatı”nda yer alıb.

Hər iki ildən bir yayımlanan hesabata görə, son 10 ildə 3751 təbii fəlakət qeydə alındığı halda, bunun 40%-ni sel, 27%-ni isə qasırğa hadisələri təşkil edir.

198 ölkəni əhatə edən hesabatda qeyd edilir ki, bu təbii fəlakətlər 2 milyard insana təsir edib. Eyni zamanda, son 10 ildə ağır hava şərtləri səbəbindən baş verən fəlakətlər ölkələrə ümumilikdə 1.658 milyard dollar maddi zərər vurub.

Təbii fəlakətlərin ən çox baş verdiyi bölgə Asiya (41%), ən çox maddi zərərə yol açdığığı bölgə isə Amerika qitəsidir.

Müxtəlif problemlər səbəbindən humanitar yardıma ehtiyacı olan 134 milyon insandan yalnız 92 milyon insana yardım etmək mümkün olub./teleqraf.com


Xəbər lenti