Xəzər Xəbər

İngiltərə ilə Avropa Birliyi `brexit` mövzusunda razılaşdı

Dünya | 10:33 • 14 Noyabr 2018
İngiltərə ilə Avropa Birliyi `brexit` mövzusunda razılaşdı
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmaq prosesi (brexit) ilə bağlı müzakirələrdə tərəflərin müqavilə üzərində ortaq məxrəcə gəldiyi açıqlanıb. Baş nazir Tereza Mey bu gün kabineti toplayaraq Brüssellə əldə olunan razılaşmanın mətnini müzakirəyə çıxaracaq.

Aİ-nin digər 27 üzvünün daimi nümayəndələri də çərşənbə günü mövzunu müzakirə etmək üçün Brüsseldə bir araya gələcəklər.

Hələlik texniki səviyyədə razılaşdırıldığı deyilən sazişin kabinet iclasından dərhal sonra təsdiq olunması gözlənilir.

Baş nazir Meyin isə Böyük Britaniya parlamentinin qəbul edəcəyi müqaviləni imzalayacağı dəqiq deyil./FaktXəbər

Xəbər lenti