Xəzər Xəbər

Gürcüstanın xarici dövlət borcu 5 milyard dollardan çoxdur

Dünya | 19:42 • 13 Noyabr 2018
Gürcüstanın xarici dövlət borcu 5 milyard dollardan çoxdur

Cari il oktyabrın 31-nə olan məlumata görə, Gürcüstanın xarici dövlət borcu 13,789 milyard lari (5,102 milyard dollar) təşkil edib. Sentyabrın 31-nə isə bu rəqəm 13,441 milyard lari və yaxud da 5,149 milyard dollar olub.


AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Gürcüstanın ən çox Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankına borcu var. Məlumata görə, Gürcüstanın Dünya Bankına 2,8 milyard lari, Asiya İnkişaf Bankına 1,885 milyard lari, Avropa Yenidənqurma və İnkişaf Bankına isə 2,1 milyard lari kredit borcu var.

Xəbər lenti