Xəzər Xəbər

Ukrayna MSK: məntəqələrə veb-kameralar quraşdırılmayacaq

Dünya | 16:27 • 13 Noyabr 2018
Ukrayna MSK: məntəqələrə veb-kameralar quraşdırılmayacaq

Prezident seçkiləri üçün səsvermə məntəqələrində veb-kameraların quraşdırılmasına 1 milyard qrivna (təxminən 36 milyon dollar) tələb olunur.


AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Mərkəzi Seçki Komissiyası sədrinin müavini Yevqeniy Radçenko mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunun üçün 2019-cu ilin dövlət büdcəsində maliyyə vəsaiti nəzərdə tutulmayıb. Ona görə də prezident seçkiləri zamanı məntəqələrin veb-kameralarla təmin edilməsi mümkün olmayacaq.


Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək.

Xəbər lenti