Xəzər Xəbər

İranda bəzi estetik əməliyyatlar qadağan edilib

Dünya | 15:01 • 13 Noyabr 2018
İranda bəzi estetik əməliyyatlar qadağan edilib

İranda bəzi estetik əməliyyatlar qadağan edilib.


AZƏRTAC İran mətbuatına istinadən xəbər verir ki, qulaqda və göz ətrafında aparılan estetik əməliyyatlar qadağan edilib.


İran İslam Şurası Məclisinin (parlamentin) hüquq komitəsinin üzvü Həsən Novruzi bildirib ki, bununla əlaqədar qanun qəbul edilib. Qanuna əsasən, qulaq və göz ətrafında əməliyyat edənlər (həm həkim, həm də əməliyyat olunan) 10 gündən 2 aya qədər həbs və 74 şallaq zərbəsi ilə cəzalandırılacaqlar. H. Novruzi onu da qeyd edib ki, bu növ əməliyyatlar ictimai əxlaqa ziddir.


Xatırladaq ki, estetik əməliyyatların aparılmasına görə İran dünyada ilk sıralardadır.

Xəbər lenti