Xəzər Xəbər

İspaniyada pirotexnika fabrikində partlayış: 3 nəfər həlak olub

Dünya | 14:24 • 13 Noyabr 2018
İspaniyada pirotexnika fabrikində partlayış:

İspaniyanın Quadiks bələdiyyəsində (Əndəluz muxtar ərazisi, Qranada əyaləti) pirotexnika fabrikində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində azı 3 nəfər həlak olub. Hadisə baş verən zaman müəssisənin ərazisində daha azı 3 nəfər olub, lakin bu şəxslər zərər çəkməyib.

Hadisə yerində xilasedicilər, polis və həkimlər işləyir. Partlayışın səbəbi hələlik məlum deyil.

Xəbər lenti