Xəzər Xəbər

Ukraynanın hərbi silah bazası yaxınlığında daha bir təhlükə

Dünya | 13:47 • 13 Noyabr 2018
Ukraynanın hərbi silah bazası yaxınlığında daha bir təhlükə

Ukraynanın Kirovoqrad vilayətindəki hərbi silah bazasının yaxınlığında pilotsuz uçuş aparatının kəşfiyyat apardığı müəyyənləşdirilib.


AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadla xəbər verir ki, noyabrın 12-si gecə radioelektron vasitələri Kirovoqrad vilayətindəki hərbi silah bazalarının birində pilotsuz aparatla uçuş həyat keçirildiyini aşkarlayıb. Bundan dərhal sonra hərbi komandanlıq bazanın mühafizəsini gücləndirib və əraziyə baxış keçirilib.


Baş verən insidentlə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinə məlumat verilib.


Qeyd edək ki, son vaxtlar Ukraynanın hərbi baza və silah-sursat anbarları yaxınlığında pilotsuz uçuş aparatından istifadə halları artıb. Son bir ildə Ukraynanın ən böyük hərbi silah anbarlarında güclü partlayışlar baş verib.

Xəbər lenti