Xəzər Xəbər

Bu ölkədə hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür

Dünya | 18:07 • 22 Oktyabr 2018
Bu ölkədə hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür

Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür. Bu barədə AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat verir.

Məlumata görə, 2017-ci ildə döş xərçəngindən 5823 nəfər ölüb, onlardan 5774-ü qadın, 49-u isə kişi olub. Son 20 ildə Ukraynada döş xərçəngi xəstəliyi 3 dəfə artıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür.

Xəbər lenti