Xəzər Xəbər

Rusiya “S-400”lərin Hindistana çatacağı vaxtı açıqladı

Dünya | 15:09 • 18 Oktyabr 2018
Rusiya “S-400”lərin Hindistana çatacağı vaxtı açıqladı
Rusiyanın Hindistana göndərəcəyi "S-400” zenit raket sistemi iki il ərzində Hindistana çatdırılacaq.

Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoruDmitri Şuqayevdeyib.

O, Rusiyanın Hindistana göndərəcəyi "S-400” zenit raket sisteminin iki il ərzində Hindistana çatdırılacağının planlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi bu ilin oktyabrında Yeni Delhiyə beş ədəd "S-400” göndərilməsi ilə bağlı müqavilə imzalamışdılar.

ABŞ prezidenti Donald Tramp Rusiyaya məxsus "S-400”lərin alınmasının Hindistan üçün müəyyən "nəticələri” olacağını demişdi.

Xəbər lenti