Xəzər Xəbər

Bu xəstəlik həyatını məhv etdi FOTOLAR

Dünya | 15:05 • 25 Sentyabr 2018
Bu xəstəlik həyatını məhv etdi

Əllərində yaranan qara ləkələrə görə həkimə müraciət edən şəxs, həyatının şokunu yaşayıb.

Musiqi müəllimi olan Andrey Şillindey nadir rast gəlinən xəstəliyə düçar olub. Belə ki, o, immun sistemində baş verən problemə görə "sistematik skleroz” xəstəliyinə yaxalanıb. Bu xəstəlik, damar hüceyrələrinin qatılaşmasına səbəb olur. Qan dövranının pozulması ilə bədənin həmin hissəsində qanqren əmələ gəlir.

Xəstəliyinə tez müdaxilə olunduğuna görə Şillindeyin həyatını xilas etmək mümkün olub. Amma sənətkarın əl və ayaq barmaqları amputasiya edilib. Nəticədə orqanları ilə birlikdə işini də itirən sənətkar, hər şeydən ümidini kəsdiyini deyib:

"Barmaqlarımın rəng dəyişməyə başladığını görəndə vəziyyətin kritik olduğunu anlamışdım. Çox ağrılar çəkdim. Artıq heç nəyin düzəlməyəcəyini düşünürdüm. Mən müsiqiçiyəm və "gayda” alətini ifa etməyi öyrədirəm. Dolanışığımı da bununla təmin edirəm. Artıq nə müəllimlik, nə də ifa edə biləcəyimi düşünürdüm”.

Şillendey həyatından 8 ayı xəstəxana palatasında keçirib. Ayaq barmaqları kəsildiyinə görə gəzməyi yenidən öyrənməli olub. Onun üçün xüsusi hazırlanmış "gayda” musiqi alətinin köməyi ilə yenidən sevdiyi işi görməyə başlayıb.
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_n25.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_n26.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_n27.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_n28.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_n29.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.09.2018_n31.jpg

Xəbər lenti