Xəzər Xəbər

“Qaçılmaz müharibənin başlanacağı halda...” - İsrail üçün TƏK SEÇİM

Dünya | 14:39 • 25 Sentyabr 2018
“Qaçılmaz müharibənin başlanacağı halda...” - İsrail üçün TƏK SEÇİM

"Bəzi optimistlərin ümidlərinin əksinə, Rusiya Amerika və İsrailə İranı Suriyadan çıxarmağa kömək etməyə hazırlaşmır”.

Bu haqda ABŞ-ın "The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, bunu Rusiyanın Suriyaya "S-300” zenit-raket komplekslərini göndərmək barədə qərarı da göstərir. Komplekslərin İsrailin Hərbi-Hava Qüvvələri üçün ciddi təhlükə yaradacağı bildirilir.

"Optimistlər düşünürlər ki, Vladimir Putin İranı Suriyadan çıxarmaq üçün İsrail və ABŞ-la əməkdaşlıq etməyə hazırlaşır. Amma yenə düşünmək lazımdır. Axı bir gün əvvəl Rusiya yüksək təsirli "S-300” zenit-raket komplekslərini Dəməşqdəki kukla rejiminə göndərmək barədə qərarını elan etdi”, - "The Wall Street Journal” yazıb.

Kreml öz qərarını bu yaxınlarda Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi kəşfiyyat təyyarəsinin vurulması ilə izah edir. Nəşr qeyd edir ki, İsrail "İranın regionda möhkəmlənmək cəhdlərinin qarşısını almaq üçün” Suriya hava məkanına təyyarələrini tez-tez göndərir.

"Bəşər Əsəd rejimi Tehranın ambisiyalarına müqavimət göstərmir, çünki onun İran İslam İnqilabı Keşikçilər Korpusu Rusiyanın Silahlı qüvvələri ilə birlikdə Dəməşqə vətəndaş müharibəsinin gedişini sındırmağa kömək etdi. Eyni zamanda, İran hakimiyyəti öz imperiya əhatəsini genişləndirmək və qaçılmaz müharibənin başlanacağı halda, İsraili birbaşa hədələmək üçün Suriyada daimi hərbi bazalarını yaratmaq istəyir. Təl-Əviv xüsusilə "Hizbullah”da və qonşu Livanda raketlərin böyük arsenalını nəzərə alaraq, bununla barışa bilmir”, - məqalədə vurğulanır.

"The Wall Street Journal” qeyd edir ki, ABŞ və İsrailin baş naziri Benyamin Netanyahu Putini İrandan uzaqlaşmağa inandırmağa çalışırdı:

"Şübhəsiz ki, İsrail Rusiya ordusuna zərər verəcək bədbəxt hadisələrdən qaçmağa çalışacaq. Amma İran İslam İnqilabı Keşikçilər Korpusuna onun sərhədində müharibə meydanı təşkil etməsinə imkan verməmək üçün İsraildə başqa seçim yoxdur. "S-300” komplekslərinin satışı bir daha onun əlamətidir ki, Putin ABŞ-ı və onun müttəfiqlərini təngə gətirmək istəyir”.

Sentyabrın 24-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya "S-300” zenit-raket komplekslərini iki həftə ərzində Suriya ordusuna çatdıracaq.

"İki həftə ərzində Suriyanın Silahlı Qüvvələrinə "S-300” müasir zenith-raket kompleksi çatdırılacaq. Kompleks 250 kilometrdən çox uzaqlıqda hava hücumu vasitələrini ələ keçirməyə və eyni zamanda bir neçə hava hədəfini vurmağa qadirdir”, - Şoyqu vurğulayıb.

Şoyqu söyləyib ki, Rusiya Suriyada İsrailin hərəkətlərinə cavab verməyə məcburdur.

"İsrail ekipajları hava şərtlərini əla bilərək Rusiya təyyarəsinin arxasında gizləndilər və bu, təyyarənin vurulmasına və 15 hərbi qulluqçumuzun həlak olmaya gətirib çıxardı. Bu, bizi Rusiya hərbi qulluqçularının təhlükəsizliyinin yüksəldilməsinə xidmət edən adekvat cavab ölçülərini qəbul etməyə məcbur etdi”, - nazir əlavə edib./publika.az

Xəbər lenti