Xəzər Xəbər

“Münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq” - Lukaşenko

Dünya | 14:22 • 25 Sentyabr 2018
“Münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq” - Lukaşenko
Minsk Şərqlə Qərb arasında seçim etmir, əksinə, təzyiq və ikili standartlar olmadan bütün ölkələrlə bərabərhüquqlu siyasi və qarşılıqlı faydalı iqtisadi münasibətlər qurmağa çalışır.


Belarus prezidenti Aleksandr Lukaşenko bu cür bəyanatla çıxış edib.


"Məqsədimiz suveren dövlətlərin daxili işlərinə qarışmanın olmadığı, təzyiqsiz və məcburiyyətsiz, ikili standartlarsız dialoqun aparılmasıdır. Belarus öz suverenliyini qiymətləndirən və ardıcıl şəkildə çoxvektorlu sülhsevər xarici siyasət həyata keçirən Avropa ölkəsidir. Bizim yanaşmamız hamıya yaxşı məlumdur. Qarşıdurmaların inamlı əleyhdarı və regionun təhlükəsizlik donoru kimi Belarus bütün münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır. Və bizimlə eyni düşüncədə olan tərəfdaşlarımızın əhatə dairəsinin genişləndirilməsi üzərində qətiyyətlə çalışırıq”, – deyə Lukaşenko bildirib.

Xəbər lenti