Xəzər Xəbər

Samsunda əməliyyat - İŞİD üzvləri saxlanılıb

Dünya | 14:19 • 25 Sentyabr 2018
Samsunda əməliyyat - İŞİD üzvləri saxlanılıb

Türkiyənin Samsun vilayətində xüsusi əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 2 üzvü saxlanılıb.


Bildirilir ki, saxlanılanların evlərinə baxış zamanı oradan həmin şəxslərin Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmalarını sübut edən sənəd və videomateriallar aşkar edilib.


Saxlanılanların şəxsiyyəti və əməliyyatla bağlı digər detallar açıqlanmayıb.


Qeyd edək ki, iyulda İstanbulda keçirilən əməliyyat zamanı 33 İŞİD üzvü saxlanılmışdı.

Xəbər lenti