Xəzər Xəbər

Ukraynaya ilk qar yağıb: 200-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Dünya | 12:38 • 25 Sentyabr 2018
Ukraynaya ilk qar yağıb:

Ukraynada qeyri-sabit hava şəraiti səbəbindən ölkənin yeddi vilayətinin 205 yaşayış məntəqəsi işıqsız qalıb. 


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, sentyabrın 24-dən 25-nə keçən gecə güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti bəzi yerlərdə fövqəladə vəziyyət yaradıb. Jitomir vilayətində 91, Kiyev vilayətində 54 yaşayış məntəqəsinə elektrik enerjisi verilişi dayandırılıb. Hazırda elektrik enerjisinin bərpası üçün xüsusi briqadalar işləyir.


Qeyd edək ki, son iki gündə Ukrayna ərazisində kəskin soyuqlar düşüb. Artıq Zakarpartya vilayətinin bəzi bölgələrinə ilk qar yağıb.

Xəbər lenti