Xəzər Xəbər

İranın neft naziri: ABŞ-ın arzusu gözündə qalacaq

Dünya | 11:26 • 25 Sentyabr 2018
İranın neft naziri: ABŞ-ın arzusu gözündə qalacaq

ABŞ İran neftini dünya bazarlarından yığışdıra bilməyəcək.


Bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.


Nazir ortamüddətli perspektivdə bunun mümkün olmadığını bildirib: "Birləşmiş Ştatların qısamüddətli perspektivdə İrandan neft ixracını sıfıra endirmək planı var. Lakin ABŞ-ın bu arzusu həyata keçməyəcək".


B.N.Zəngənə qeyd edib ki, Prezident Donald Trampın OPEK-dən neftin qiymətinin azaldılması ilə bağlı tələbi sentyabrın 23-də Əlcəzair görüşündə müsbət qarşılanmadı: "Görüş iştirakçıları neft hasilatının artırılmasına zərurət görmədilər". (Trend)

Xəbər lenti