Xəzər Xəbər

AKP-nin qurultayıdır: Ərdoğanın yeni şüarı

Dünya | 12:07 • 18 Avqust 2018
AKP-nin qurultayıdır:

Türkiyədə yeni hökumət sisteminə keçiddən sonra hakim partiyanın ilk böyük konqresi bu gün keçiriləcək.

AKP-nin VI Konqresi bu gün Ankara Arenada gerçəkləşəcək.

Konqresdə partiyanın yeni idarə sistemi bəlli olacaq. Həmçinin partiya sədri yenidən seçiləcək və Rəyasət Heyəti formalaşdırılacaq.

AK partiyanın sədr müavini Mustafa Ataş konqresdə sürpriz gözləndiyini və Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya mesaj verəcəyini vurğulayıb.

AKP-nin qurultaydakı əsas şüarı isə "millət bir, hədəf bir” şəklindədir.

Konqres həm də bələdiyyə seçkilərinə hazırlıq səciyyəsi daşıyır.

Xəbər lenti