Xəzər Xəbər

Ərdoğan, Putin və Ruhani görüşə hazırlaşır – Trampa qarşı İTTİFAQ

Dünya | 16:14 • 16 Avqust 2018
Ərdoğan, Putin və Ruhani görüşə hazırlaşır
Rusiya, Türkiyə və İran prezidentləri sentyabrda Suriya münaqişəsinin həlli üçün bir araya gələcəklər.


Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, prezidentlərin görüşünün Tehranda keçirilməsi planlaşdırılır.


"Üç ölkə liderinin Suriya münaqişəsinin həlli ilə bağlı zirvə görüşünün sentyabr ayında keçirilməsi ilə bağlı diplomatik iş həyata keçirilir. Diplomatik kanallar vasitəsilə görüşün dəqiq tarixi müəyyən ediləndə ictimaiyyətə açıqlama veriləcək”, - deyə Peskov bildirib.

Xəbər lenti