Xəzər Xəbər

Qarətçilər bankı yarıb - 150 min dollar oğurlanıb

Dünya | 11:29 • 23 İyul 2018
Qarətçilər bankı yarıb -

Bu gün səhər İstanbulun Fatih rayonunda naməlum silahlı şəxslər yerli banklardan birinin şöbəsini qarət ediblər.


Ümumilikdə şöbədən 150 min ABŞ dollarının oğurlandığı bildirilir.


Yerli KİV-lər bu oğurluq faktının müasir İstanbul tarixində ən böyük qarətlərdən biri olduğunu yazır.


Cinayətkarların axtarışı davam edir.


Digər təfərrüatlar barədə məlumat verilmir. (Trend)

Xəbər lenti