Xəzər Xəbər

Yaponiya Rusiyaya etirazını bildirib

Dünya | 11:24 • 23 İyul 2018
Yaponiya Rusiyaya etirazını bildirib

Yaponiya hökuməti iyulun 22-23-də Kuril adalarına səfər edən yapon məmurlarının və jurnalistlərin sputnik telefonlarının təhlükəsizlik orqanları tərəfində müsadirəsinə görə Rusiyaya etirazını bildirib.


Bu barədə iyulun 23-də Tokioda təşkil edilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşohide Suqa bildirib.


Baş katib deyib: "Bizim tarixi mövqeyimizdən baxdıqda bu, yolverilməzdir. Biz buna etirazımızı bildirmişik və müsadirə edilən əşyaların tezliklə qaytarılmasını tələb edirik”.


Y.Suqa qeyd edib ki, etiraz Rusiya Federasiyanın Xarici İşlər Nazirliyinə Yaponiyanın Moskvadakı səfirliyi və Cənubi-Saxalinsk şəhərindəki baş konsulluğu vasitəsilə çatdırılıb. O, əlavə edib ki, əvvəllər də belə hadisələr baş verib.


Qeyd edək ki, Kuril adalarına keçmiş yapon sakinləri üçün təşkil edilən ikinci çarter reysi iyulun 23-də Hokkaydo prefekturasının Nakasibetsu aeroportuna dönüb. Qrupun tərkibində ümumilikdə 70 nəfər olub ki, onlardan da 39-u bu adaların keçmiş sakinləri, qalanları isə onları müşayiət edənlər, hökumət məmurları və jurnalistlərdir. (AZƏRTAC)

Xəbər lenti