Xəzər Xəbər

Rusiya ordusu Ermənistanda taktiki təlimlərə başlayıb

Dünya | 11:13 • 23 İyul 2018
Rusiya ordusu Ermənistanda taktiki təlimlərə başlayıb

Rusiyanın Ermənistandakı hərbi bazasında 3 mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlər çərçivəsində əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına marş edib. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya cəlb olunub.

Havadan bölmələri "MiQ-29” təyyarələri, "Mi-24" və "Mi-8 MTŞ" helikopterləri müşayiət edir.

Xəbər lenti