Xəzər Xəbər

Tramp İran prezidentini hədələdi - "Misli görünməmiş əzab çəkəcəksiniz"

Dünya | 10:18 • 23 İyul 2018
Tramp İran prezidentini hədələdi -

ABŞ prezidenti Donald Tramp İranın ünvanına hədə ünvanlayıb.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Twitter-də yazıb.

"Prezident Həsən Ruhaniyə: Daha heç vaxt ABŞ-ı hədələməyin. Əks halda tarixinizdə misli görünməmiş əzab çəkəcəksiniz. Daha sizin ölüm və amansızlıq haqda sözlərinə dözən ölkə deyilik. Ehtiyatlı olun!”.

Qeyd edək ki, bundan əvvəl, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb. Bu barədə İran dövlət başçısının saytında məlumat yerləşdirilib.

H. Ruhani bildirib ki, İranla müharibə "bütün müharibələrin anasıdır": "Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız".



Xəbər lenti