Xəzər Xəbər

Meral Akşener istefa verdi

Dünya | 09:35 • 23 İyul 2018
Meral Akşener istefa verdi

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener postundan istefa verib. 


Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında yazıb.

Meral Akşener 3 həftə ərzində partiyada növbədənkənar qurultayın keçiriləcəyini bildirib.

Partiya sədrliyinə namizəd olmayacağını bildirən Akşeneri sonradan əqidədaşları razı sala bilib.

Qeyd edək ki, Meral Akşener iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.

Xəbər lenti