Xəzər Xəbər

Trampın iqamətgahı yaxınlığından uçan təyyarə yerə endirilib

Dünya | 09:08 • 23 İyul 2018
Trampın iqamətgahı yaxınlığından uçan təyyarə yerə endirilib

Nyu-Cersi ştatının Bedminster şəhərində Prezident Donald Trampın iqamətgahı yaxınlığında qadağan edilmiş yerdə uçan təyyarəni tutmaq məqsədilə F-16 qırıcı təyyarəsi səmaya qalxıb. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Lindsi Uolters jurnalistlərə məlumat verib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə qadağan edilmiş ərazidən çıxarılıb. Pilotla sorğu-sual aparılır. Oxşar hadisə keçən il Donald Trampın Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahının yaxınlığında baş verib.

Xəbər lenti