Xəzər Xəbər

Keniya gözəlinə ölüm hökmü verildi - FOTO

Dünya | 15:48 • 22 İyul 2018
Keniya gözəlinə ölüm hökmü verildi -

Keniya gözəli Ruz Kamande haqqında ölüm hökmü verilib.


24 yaşlı Ruz özündən bir yaş böyük olan sevgilisi Fərid Məhəmmədi öldürməkdə günahkar bilinib.

Məlumata əsasən, sevgilisinə 25 bıçaq zərbəsi vurmuş qız məhkəmədə peşman olmadığını bildirib.

Hakim edamın əvəzinə ömürlük həbs qərarının veriləcəyi təqdirdə başqa insanların da qətl törətməkdən qorxmayacağını söyləyib. Bu səbəbdən o, Keniya gözəli barəsində ölüm hökmü çıxarıb.

Xəbər lenti