İyulun 21-də İranda 11 sərhədçi İraq sərhədində terrorçu qrupla döyüşdə ölüb, 8 sərhədçi yaralanıb.
Xezerxeber.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, hələlik heç bir terror qrupu aksiyaya görə məsuliyyəti öz üzərinə götürməyib.
Hadisə İranın Kürdüstan əyalətində, İraqla sərhəddə yerləşən Merivan şəhəri yaxınlığında baş verib.