Xəzər Xəbər

Şimali Koreya iqtisadiyyatı zəifləyib

Dünya | 13:45 • 22 İyul 2018
Şimali Koreya iqtisadiyyatı zəifləyib

Şimali Koreyanın iqtisadiyyatı 2017-ci ildə son 20 il ərzində ən kəskin dərəcə aşağı düşüb. Bu barədə məlumatı, aparılan hesablamalar nəticəsində Cənubi Koreyanın mərkəzi bankı bildirib.

Mərkəzi Bank əlavə edib ki, Pxenyanı nüvə və raket proqramını dayandırması üçün tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına ağır zərbə vurub.

Cənubi Koreyanın Mərkəzi Bankı bildirir ki, Şimali Koreyanın Ümumi Daxili Məhsulu (ÜDM) əvvəlki il göstəricisi ilə müqayisədə 3.5 fazi aşağı düşərək, 1997-ci ilin mənfi 6.5 göstəricisidən bəri ən zəif göstərici olub.

Ölkə iqtisadiyyatının üçdə birini təşkil edən sənayə istehsalı 8.5 faiz aşağı düşüb. Kənd təsərrüfatı və inşaat sənayeləri müvafiq olaraq, 1.3 faiz və 4.4 faiz aşağı düşüb.

Şimali Koreyada adam başına düşən ÜDM təxminən 1,284 ABŞ dollar təşkil edir. Bu isə Cənubi Koreyanın eyni göstəricisinin cəmi 4.4 faizidir.

Bütövlükdə 2017-ci ildə Şimali Koreyanın ixracı 37.2 faiz aşağı düşüb.

Xəbər lenti