Xəzər Xəbər

Şahzadəyə ərə getdi, həyatı "cəhənnəm"ə döndü: Meqana qoyulan 9 qadağa

Dünya | 16:02 • 27 May 2018
Şahzadəyə ərə getdi, həyatı "cəhənnəm"ə döndü:

Şahzadə Harri ilə evlənərək Sasseks hersoginyası statusunu qazanan aktrisa Meqan Markl bundan sonra kral ailəsinin qaydaları ilə yaşamaq məcburiyyətindədir.


XəzərXəbər Marklın bundan sonra ata bilməyəcəyi addımları təqdim edir:


1. Aktrisalığa davam edə bilməyəcək.

2. Səs verə bilməyəcək. Kral ailəsində sadəcə kraliça bu statusa sahibdir.

3. Heç yerə gecikmək haqqı yoxdur, yemək, yuxu zamanları kraliçaya görə təyin edilir.

4. Sosial mediadan istifadə, bloq yazmaq qadağandır.

5. Saraya hörmət əlaməti olaraq "selfie" çəkə bilməyəcək.

6. Dırnaqlarına diqqət çəkən boya sürtə bilməyəcək.

7. Markl hündür platforma ayaqqı geyinə bilməyəcək. Kral ailəsinin üzvləri klassik modellərə üstünlük verir.

8. Mini ətək qadağandır. Ayaqların açıq şəkil görünməsi kral ailəsinin üzvləri üçün yolverilməzdir və ayağını ayağının üzərinə qoyaraq oturmaq olmaz.

9. İmzasının kopyalanmaması üçün heç yerə imza ata bilməz. Bunun yerinə ancaq adını yaza bilər.


Saray məsləhətçisi Samanta Kohenin Meqan Markla 6 aylıq krallıq kursu keçəcəyi və saray qayda-qanunlarını öyrədəcəyi bildirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti