Xəzər Xəbər

Suriyada rus əsgərləri öldürüldü

Dünya | 14:35 • 27 May 2018
Suriyada rus əsgərləri öldürüldü

Suriyada dörd Rusiya hərbçisi həlak olub.

XəzərXəbər xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.

Xəbər lenti