Xəzər Xəbər

Paşinyan Yerevandakı aksiyaları “sabotaj” adlandırdı

Dünya | 13:57 • 23 May 2018
Paşinyan Yerevandakı aksiyaları “sabotaj” adlandırdı

Yerevandakı vətəndaş itaətsizliyi aksiyaları sabotajdır.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu öz "Feysbuk” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan yazıb. Onun yazdığına görə, bəzi vətəndaşlar vətəndaş itaətsizliyinə son qoyulması ilə bağlı edilən çağırışlara lazımı qaydada reaksiya vermirlər: "Əziz həmvətənlərim, bir daha xahiş edirəm, çağırıram və tələb edirəm ki, bütün vətəndaş itaətsizliyi aksiyalarını heç bir istisna olmadan dayandırasınız. Xalqın etimadını qazanan hökumətə qarşı vətəndaş itaətsizliyi aksiyaları öz-özünə qarşı etiraz və ya sabotaj deməkdir. Əgər bu sabotaj deyilsə, o zaman bütün aksiyalar dayanmalıdır”.

Xəbər lenti