Xəzər Xəbər

Jurnalistlər KXDR-in nüvə poliqonunun sökülməsi prosesini işıqlandıracaq

Dünya | 13:14 • 23 May 2018
Jurnalistlər KXDR-in nüvə poliqonunun sökülməsi prosesini işıqlandıracaq

Cənubi koreyalı jurnalistlər qrupu KXDR-in sahilyanı Vonsan şəhərinə gəlib. Mətbuat nümayəndələri oradan "Punqeri” nüvə poliqonunun bağlanması mərasiminə yollanacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının informasiya agentliyini təmsil edən dörd müxbir və dörd televiziya jurnalisti Böyük Britaniya, Rusiya, Çin və ABŞ-dan olan həmkarları ilə birgə nüvə poliqonunun sökülməsi prosesini işıqlandıracaq. Şimali Koreya bir qədər əvvəl onlara viza verməkdən imtina etmişdi.

Bir müddət əvvəl Pxenyan may ayının sonlarında "Punqeri” nüvə poliqonunun işinə son verəcəyini bildirmişdi. KXDR nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözləri qarşısında partladılacağını qeyd etmişdi.

Xatırladaq ki, KXDR lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarını dayandırdığını elan etmişdi.

Xəbər lenti