Xəzər Xəbər

Suriya XİN: Türkiyə ilə barışmağa hazırıq, lakin şərtlərimiz var

Dünya | 13:03 • 23 May 2018
Suriya XİN:

Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad bildirib ki, Türkiyə ilə münasibətlərin bərpasına ümid etsələr də, bunun üçün bir sıra şərtləri var.


Feysəl Miqdad "Sputnik"ə müsahibəsində deyib ki, münasibətlərin yaxşılaşması üçün Türkiyə Suriyadakı terrorçuları dəstəkləməyi dayandırmalı, hərbi qüvvələrini isə ölkədən çıxarmalıdır.


"Türkiyə ilə əlaqələrimiz prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi ambisiyaları və imperiya xəyalları səbəbindən pozulub. Ərdoğan Suriyadakı silahlı qrupları dəstəkləməyin nəticələrini düşünmür. O, qonşusu olan bir dövləti yerlə bir etdi. Türkiyənin Afrini işğal etməsi bunun bariz nümunəsidir",-deyə Suriya XİN rəhbərinin müavini vurğulayıb./faktxəbər

Xəbər lenti