Xəzər Xəbər

Ukrayna MDB-dən çıxsa 3 milyon iş yerini itirəcək

Dünya | 12:11 • 23 May 2018
Ukrayna MDB-dən çıxsa 3 milyon iş yerini itirəcək

Ukrayna Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməklə milyardlarla dollar ziyan görə bilər. Bu barədə "Rzeczpospolita" qəzeti yazıb.

Yazıda qeyd olunur ki, Kiyev MDB-nin nizamnaməsini ratifikasiya etməyib, lakin onun çərçivəsində vizasız rejim haqqında saziş, o cümlədən, miqrasiya və humanitar sahələrdə əməkdaşlıq, eləcə də istintaq orqanlarının və əməkdaşlıq sənədlərinin qarşılıqlı tanınması haqqında minlərlə sənəd imzalayıb.

Hazırda Kiyev müəyyən etməlidir ki, bunların hansı Ukraynanın maraqlarına uyğun gəlmir.

"Əgər Ukrayna bu razılaşmaları pozsa, onda üç milyon ukraynalı Rusiyada işləyə bilməzdi. Kiyevdə özlərini göstərmək üçün əllərindən gələni edirlər. Gürcüstan MDB-ni tərk etsə də, amma ona sərfəli müqavilələrə əməl edir",-deyə professor Andrey Sudaçev bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Kiyev MDB çərçivəsində bütün beynəlxalq müqavilələrə baxış keçirəcək. Poroşenko həmçinin Ukraynanın MDB üçün bir sıra müqavilələrinin dayandırılması barədə fərman imzalayıb./faktxəbər

Xəbər lenti