Xəzər Xəbər

Bu ölkədə marixuana çəkənlər həbs olunmayacaq

Dünya | 16:23 • 22 May 2018
Bu ölkədə marixuana çəkənlər həbs olunmayacaq

Nyu-York meri Bill de Blazio ictimai yerlərdə marixuana çəkən şəxslərin həbs olunmaması ilə bağlı polisə tapşırıq verib.

Trend-in məlumatına görə, bu qərar Nyu-York sakinlərinin marixuananın leqallaşdırılmasına hazırlanması məqsədilə verilib.

Qeyd olunur ki, polislər marixuana ilə tutulan şəxsi həbs etməyəcək, əvəzində məhkəmə çağırışı təqdim edəcək.

B.de Blazio bildirib ki, yaxın zamanlarda Nyu-Yorkda müalicə məqsədi ilə marixuananın istifadəsi leqallaşdırılacaq və sakinləri buna hazırlamaq çox vacibdir.

Xəbər lenti