Xəzər Xəbər

Fələstin İsraili beynəlxalq məhkəməyə verdi

Dünya | 15:09 • 22 May 2018
Fələstin İsraili beynəlxalq məhkəməyə verdi

Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.


"Report” xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.


Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.


Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Xəbər lenti