Xəzər Xəbər

Cənubi Koreyada mədəndə partlayış: ölən və yaralananlar var

Dünya | 17:44 • 26 Aprel 2018
Cənubi Koreyada mədəndə partlayış: ölən və yaralananlar var

Cənubi Koreyanın şimal-şərqindəki Ceonqseon şəhərindəki dəmir mədənində partlayış baş verib. Nəticədə ən azı 3 fəhlə ölüb, digər 3-ü yaralanıb.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə özəl şirkətə məxsus mədəndə yerli vaxtla saat 15:55-də (Bakı vaxtı ilə 10:55) baş verib. Mədəndə iş prosesi davam edərkən baş verən partlayış nəticəsində 6 nəfər dağıntı altında qalıb. İndiyədək onlardan 3-nün cəsədi tapılıb.

Xəbər lenti