Xəzər Xəbər

BƏƏ-nin ilk kosmonavtı kim olacaq?

Dünya | 16:27 • 26 Aprel 2018
BƏƏ-nin ilk kosmonavtı kim olacaq?

Birləşmiş Ərəb Əmirliklərinin 4 mindən çox vətəndaşı kosmonavt olmaq istəyindədir. Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin "Mohammed bin Rashid Space Centre" kosmik mərkəzi bildirib.


Qeyd edək ki, BƏƏ-də kosmonavt seçimi üçün layihəyə ötən ilin dekbarında start verilib. Ötən ayın sonunda isə ərizə qəbulu başa çatıb.


Ümumilikdə 4022 nəfərin ərizə veridyi bildirilir. Ərizə verənlərin yaş həddi 17-67 arasında dəyişir. Mərkəzdən bildiriblər ki, kosmonavt olmaq üçün müraciət edənlərin hər 3 nəfərindən 1-i qadındır.

Xəbər lenti