Xəzər Xəbər

Məhkəmədən "Facebook"a QADAĞA!

Dünya | 12:57 • 17 Fevral 2018
Məhkəmədən

Belçika məhkəməsi Amerikanın "Facebook" şirkətinə sosial şəbəkə istifadəçilərinin razılığı olmadan internetdə fəliyyətlərini izləməyi qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Belçika məhkəməsi qərar çıxarıb.

Qərara görə, şirkət Belçika qanunlarına uyğun olmadığı təqdirə şəxslərin internetdən istifadə məlumatlarını izləməyi və qeydə almağı dayandırmalıdır.

Qərarda qeyd olunur ki, "Facebook" bunu pozduğu halda 100 milyon avro məbləğində cərimə ödəməli olacaq.

Xəbər lenti