Əsəd Afrinə hücuma keçir, Türkiyə ordusu...
– Rusiyadan qanlı döyüş XƏBƏRDARLIĞI
Dünya
|
12:02 • 17 Fevral 2018
Rusiyalı ekspertlər Türkiyənin Afrin əməliyyatını
dəyərləndirib.
Dumanın Müdafiə komitəsinin
rəhbəri Vladimir Şamanov Türkiyənin Afrindəki maraqlarının nəzərə
alınmasının vacibliyini qeyd edib: "Türkiyənin burada maraqlarının
olduğu məlumdur. Buna görə də anlaşmaq lazımdır. Türkiyə, Rusiya və
İran masaya əyləşməli və mexanizmlər hazırlanmalıdır”.
Rusiyalı politoloq Maksim Jarov isə kürdlər və Əsəd rejiminin
Suriya ordusunun Afrinə girməsi ilə bağlı razılığa gəlməsini şərh
edib.
"Bu, əhəmiyyətli hadisədir. Əgər bu baş tutarsa, Əsəd hökumətinin
mövqeyi güclənəcək. Suriyada baş verən son hadisələr təsir
dairələrinin qeyri-rəsmi şəkildə bölünməsi ilə bağlıdır. Baş
verənlər ABŞ-ı narahat edir. Fikrimcə, PYD artıq ABŞ-dan kömək
gözləməkdən bezdi. Buna görə də Əsədlə razılaşdı. Lakin bu PYD-nin
müstəqilik istəyindən imtina etməsi demək deyil”, - deyə Jarov qeyd
edib.
Rusiya Elmlər Akademiyasının Yaxın Şərq İnstitutun əməkdaşı Sergey
Demidenko isə Suriya ordusunun Afrinə girmə ehtimalının az olduğunu
hesab edir: "Suriya ordusu Türkiyə ilə döyüşə girməz. Həm də Suriya
ordusu PYD üçün yaxşı seçim deyil”./publika.az