Xəzər Xəbər

“İrana müdaxilə zamanı gəldi” – TƏHLÜKƏLİ ÇAĞIRIŞ

Dünya | 11:58 • 17 Fevral 2018
“İrana müdaxilə zamanı gəldi”

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli İranla bağlı təhlükəli çağırış edib.

Amerikalı diplomat BMT Təhlükəsizlik Şurasının İrana qarşı hərəkətə keçməsinin zamanının çatdığını bildirib.

"İran BMT Təhlükəsizlik Şurasının qərarlarını pozaraq Yəmənə qeyri-qanuni silah çatdırdı. Dünya bunu cavabsız qoya bilməz. BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsinin vaxtı gəlib. Tehran etdiklərinə görə cavab verməlidir”, - amerikalı diplomat bildirib.

Qeyd edək ki, BMT mütəxəssisləri tərəfindən yanvar ayında hazırlanan hesabata görə, İranın qurumun qaydalarını pozaraq Yəmənə silah göndərib. Hesabata görə, 2015-ci ildə tətbiq edilən silah embarqosundan sonra Yəmənə çatdırılan İran mənşəli raketlərin qalıqları tapılıb./publika.az

Xəbər lenti